Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

23:00 | 09.07.2021
Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri koronavirusa yoluxub.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən britaniyalı idmançının ABŞ-dan olan Deontey Uaylderlə 3-cü döyüşü oktyabrın 9-na təxirə salınıb.

Fyuri ilə yanaşı, bir neçə məşqçinin də analiz nəticələri müsbət çıxıb. Onların hamısı karantinə alınıblar.

Qeyd edək ki, Tayson Fyuri və Deontey Uaylder arasında Las-Veqasda təşkil əvvəlki görüşdə britaniyalı boksçu 7-ci raundda texniki nokautla qələbə qazanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti