Dünya çempionumuzun ölümdən xilas olması üçün təcili pul lazımdır

10:37 | 22.09.2019
Gəncə şəhərində paurliftinq üzrə idmançı 1998-ci il təvəllüdlü Səmədova Aytac Rizvan qızının səhətində ciddi problemlər yaranıb.

İdmançının BAKU.WS-in bölgə müxbirinə verdiyi məlumata əsasən, onun təcili əməliyyata ehtiyacı var. Uzun müddətdir skalyoz (onurğa sümüyünün sağa və sola doğru əyriliyi) xəstəliyindən əziyyət çəkən Aytac Səmədovanın ağrıları kəskin artıb.

"Həkimlər əməliyyatın qaçılmaz olduğunu, əks təqdirdə xəstəliyin daha ağır fəsadlara, hətta ölümə belə gətirəcəyini bildirirlər. Əməliyyat etdirməyə isə təəssüf ki, maddi imkanım çatmır”.

Aytac Səmədova paurliftinq idman növü üzrə dünya birincisi və ölkə çempionudur. Bundan əlavə o, 2015-ci ildə ABŞ-ın Kaliforniya Ştatının Los Angeles şəhərində Ümumdünya Xüsusi Yay Olimpia Oyunlarının gümüş mükafatçısıdır.



Aytac Səmədova həmçinin Gəncə Dövlət Universitetinin xarici dillər fakultəsinin ikinci kursunda təhsil alır.

Hesab nömrəsi: 4169741375201744


www.anews.az
loading...

Xəbər lenti