Dünya gözəlinin toyu dörd gündür davam edir - FOTO

19:30 | 06.12.2018
Bollivud ulduzu Priyanka Çopra ilə amerikalı müğənni Nik Conasın Hindistanda başlayan toyu bir neçə gündür ki, davam edir. 

Oxu.Az xəbər verir ki, Dehlidə keçirilən toyda cütlüyün dostları və Hindistanın dövlət adamları iştirak ediblər. 

Bu, məşhurların üçüncü toyudur. Pryanka Çopra 2000-ci ildə dünya gözəli seçilib və 36 yaşı var. Onun əri isə 26 yaşındadır və xristiandır. Toy hindu və xristian ənənələri ilə keçirilir.

Pryankanın gəlinliyi svarovski daşlarla və iki milyon mirvari ilə bəzədilib. Paltarın hazırlanmasına 1826 saat vaxt sərf edilib. Gəlinlik 22 metrlik duvaqla birlikdə daha gözəl görünsün deyə gəlinin geyimini toy boyu səliqəyə salan xüsusi köməkçi də tutulub.
 



www.anews.az