• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Dünya milyaderlərinin 13%-i qadınlardır - Forbes

Dünya milyaderlərinin 13%-i qadınlardır - Forbes
03.04.2024 16:36
Amerikanın biznes jurnalı Forbes tərəfindən 2024-cü ildə 38-ci dəfə dərc edilən Milyarderlər Siyahısında qadınlar milyarderlərin təxminən 13%-i təşkil edib.

Dünyanın ən varlı qadını 99,5 milyard dollar sərvəti ilə L'Oréal-ın qurucusunun nəvəsi Fransuaza Bettencourt Meyersdir. O bütün milyaderlər siyahısında 15-ci yerdədir.

İkinci yerdə 72,3 milyard dollar sərvətlə Walmart-ın qurucusu Sem Uoltonun yeganə qızı Elis Uolton qərarlaşıb. Bu göstərici ilə o bütün milyaderlərin olduğu siyahıda 21-ci yerdədir.
 
61 yaşlı Culiya Kox 64,3 milyard dollarla üçüncü yeri tutub. Kox bütün milyaderlər siyahısında 23-cü sırada yer alıb.
 
38,5 milyard dollar sərvətlə "Mars” qənnadı şirkətinin qurucusu Jaklin Marsın dördüncü, 36,5 milyard dollar sərvətlə Amazon qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skottun beşinci, 33,5 milyard dollar sərvəti ilə Hindistanın ən varlı qadını Savitri Cindal altıncı, 33,1 milyard dollarlıq sərvətlə dünyanın ən böyük gəmiçilik şirkəti MSC-nin 50 faizinə sahib olan Rafaela Aponte-Diamant yeddinci sırada yerləşib.
 
32 milyard dollar sərvəti ilə səkkizinci olan həkim Miriam Adelson 2021-ci ildə 87 yaşında vəfat edən Las Vegas Sands kazino şirkətinin keçmiş baş direktoru və sədri Şeldon Adelsonun həyat yoldaşıdır. Miriam və onun ailəsi hazırda Nyu-York Fond Birjasında satılan qumar imperiyasının yarıdan çoxuna sahibdir.
 
Avstraliyanın ən varlı adamı titulu 30,8 milyard dollarlıq sərvəti ilə Gina Rinehartdır doqquzuncu sıradadır. Avstraliyalı milyarder mədən maqnatı Rinehart atası Lang Hancock tərəfindən təsis edilmiş özəl mineral kəşfiyyat və hasilat şirkəti olan Hancock Prospecting-in baş icraçı direktoru vəzifəsində çalışır. 
 
62 yaşlı Abigail Johnson 29 milyard dollarlıq sərvətlə dünyanın onuncu ən varlı qadını olub. Johnson atasından miras qalan nəhəng Fidelity Investments fond idarəçiliyinin baş direktoru vəzifəsində çalışır.
 
Aygün Mirakif
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol