Dunya Miyatoviç sarsıntı keçirib

13:10 | 07.02.2014
Dunya Miyatoviç sarsıntı keçirib

Dunya Miyatoviç sarsıntı keçirib

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi azərbaycanlı jurnalistin Türkiyədən deportasiya edilməsindən sarsıldığını bildiribATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsinə münasibət bildirib.APA-nın xəbərinə görə, D. Miyatoviç özünün “Twitter” səhifəsində bu xəbərdən sarsıldığını deyib: “Bu, Türkiyədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addımdır”. Xatırladaq ki, Türkiyədə nurçulara məxsus, ingilis dilində nəşr edilən “Todays Zaman” qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb