Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi İlham Əliyevi təbrik edib

16:38 | 12.02.2024
Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi İlham Əliyevi təbrik edib

Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi İlham Əliyevi təbrik edib

Dünya Türk İş Şurasının Azərbaycandakı nümayəndəsi Barış Altıbarmaq İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

"7 fevralda keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin uğurla  başa çatması münasibətilə Xarici İqtisadi Əlaqələr Komitəsinin tərkibində fəaliyyət göstərən Dünya Türk İş Şurası adından Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Ali Baş Komandan olaraq rəhbərliyinizlə şanlı Ordunuzun Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları 30 illik işğaldan azad etməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, uzaqgörən siyasətiniz və müdrik liderliyiniz sayəsində Azərbaycanın regionda, eləcə də beynəlxalq aləmdə nüfuzunun artması bizdə böyük məmnunluq doğurur",  -  Altıbarmaq bildirib. 

O həmçinin qeyd edib ki,  Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri iki xalqın  rifahı və ölkələrin dinamik inkişaf maraqlarına uyğun olaraq bundan sonra daha da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcək.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM