UI Greenmetric 2024 dünya universitetlərinin reytinqində Azərbaycanın ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb.
Keçən il reytinqə daxil olan 4 universitetin mövqeyi 2024-cü ildə daha da möhkəmlənib.
Bundan əlavə, bu il ilk dəfə olaraq Azərbaycanın 8 ali təhsil müəssisəsi UI Greenmetric dünya universitetləri reytinqinə daxil olub. Ümumilikdə, bu reytinqin TOP-1000-lik siyahısında Azərbaycanın 6 ali təhsil müəssisəsi yer alıb.
Universitetlərin "dayanıqlılıq" baxımından fəaliyyətini qiymətləndirən UI Greenmetric 2024 reytinqində dünyanın 95 ölkəsindən 1477 ali təhsil müəssisəsi təmsil olunub.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !