Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor Rassel Krou özünün "instagram” səhifəsində Türkiyənin məşhur komediyaçısı Cem Yılmaz və rejissor Yılmaz Ərdoğanla çəkilmiş fotosunu paylaşaraq müharibənin əleyhinə olduğunu bildirib.
Anews.az xəbər verir ki, o siyasətçiləri Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etməyə çağırıb: "Mən müharibənin əleyhinəyəm, 30 il əvvəl olduğu kimi. Siyasətçilər BMT qətnamələrinin sadəcə bir armud dilimi olmadığını başa düşməlidirlər”.
Xatırladaq ki, Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə(822, 853, 874 və 884) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Yılmaz Ərdoğan və Cem Yılmazla yaxın əlaqələrinin olmasına səbəb isə 2014-cü ildə birgə iştirak etdikləri "Sonuncu ümid” filmidir. Bugünlərdə Cem Yılmaz da Azərbaycana dəstəyini ifadə etmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !