Dünyada 18 milyon uşaq aclıq içində doğulacaq

17:34 | 20.11.2023
Dünyada 18 milyon uşaq aclıq içində doğulacaq

Dünyada 18 milyon uşaq aclıq içində doğulacaq

2023-cü ilin sonuna qədər dünyada 17 milyon 600-dən çox uşaq aclıq içində doğulacaq, bu da 10 il əvvəllə müqayisədə 22% artım deməkdir. Bu barədə Böyük Britaniyada yerləşən "Save The Children” qeyri-hökumət təşkilatının araşdırması üzə çıxarıb.

"Aclıq böhranı dünyanın hər tərəfinə təsir edib. Bu il dünyada aclıq içində olacaq doğumların 95%-i Afrika və Asiyada baş verəcək. Əhalisinin ən azı 25 faizinin xroniki aclıqla üzləşdiyi Konqo Demokratik Respublikasının (DRC)  qida çatışmazlığı ilə doğulan körpələrin sayının ən çox olduğu ölkə olacağı proqnozlaşdırılır. Burada təxminən 1,5 milyon körpə aclıq içində doğulacaq”, - Save The Children BMT- nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) qida çatışmazlığının yayılmasına dair son ölkə məlumatlarından və doğulanların sayı ilə bağlı BMT-nin təxminlərindən istifadə edərək, Ümumdünya Uşaqların Müdafiəsi Günü ilə bağlı yeni dərc olunmuş hesabatında qeyd olunub.

Hesabat təxminləri DRC-də 5 yaşdan kiçik təxminən 6,6 milyon uşağın qida çatışmazlığından əziyyət çəkəcəyini göstərir.

Analizlə bağlı açıqlamasında Save the Children bu gün İngiltərədə keçirilən Qlobal Qida Təhlükəsizliyi Sammitində bir araya gələn dünya liderlərinə müraciət edərək, onları kəskin qida və qida təhlükəsizliyinin əsas səbəblərini aradan qaldırmağa çağırıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb