Hazırda dünyada 58 ölkə mina problemlərindən əziyyət çəkir. Bunu Bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş "Minalardan Azad Dünya” Sammitinin yekunları və "Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, təkcə son bir il ərzində dünyada 281, 50 km ərazi minalardan təmizlənib. Hesabat dövründə həmçinin 160, 566 piyada əlehinə mina tapılaraq məhv edilib.
İndiyədək mina istehsal edən ölkələrin sayı 58-dən 12-yə düşüb.
Hazırda mina istehsal edən ölkələr: Ermənistan,Çin, Kuba, Hindistan, İran, Myanma, Şimalı və CƏnubi Koreya, Pakistan, Rusiya, Sinqapur və Vyetnamdır.
Azərbaycan da dünyada minalardan əziyyət çəkən ölkələr arasında ilk onluqda qərarlaşıb. Qarabağda olan mianaların təmizlənməsi üçün ümumilikdə 25 milyard dollar tələb olunur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !