Dünyada 671 889 386 nəfərdə koronavirus aşkar edilib

10:27 | 18.01.2023
Dünyada 671 889 386 nəfərdə koronavirus aşkar edilib

Dünyada 671 889 386 nəfərdə koronavirus aşkar edilib

Dünyada 671 889 386 nəfərdə koronavirus aşkar edilib. Bu barədə Xarici KİV-də məlumat yayılıb.

Virusdan 6 733 572 xəstə ölüb, 643 394 191 nəfər sağalıb.

Dünyada COVID-19-a yoluxanların sayında artım müşahidə edilsə də, Azərbaycanda  vəziyyət stabildir. Bəzi ölkələrdə sürətlə yayılan Omikron ştamının altvariantı olan Krakenə Azərbaycanda hələlik rast gəlinməyib.
 
Ölkəyə koronavirusun bütün ştamlarını, o cümlədən Krakeni aşkarlaya bilən 450 ədəd test gətirilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mediaya məlumat verib.

Digər ştamlarda olduğu kimi, XXB.1.5-dən də qorunma yolları eynidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən Azərbaycanda xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunsa da, dünyadakı epidemioloji vəziyyəti nəzərə alaraq mütəxəssislər qapalı məkanlarda və insanların sıx toplaşdığı yerlərdə tibbi maskadan istifadəni, gündəlik gigiyena qaydalarına əməl etməyi tövsiyə olunub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, 2022-ci ilin yanvar-noyabrında  ölkədə 17,6 milyon ədəd maska istehsal edilib. Hazırda Azərbaycanda olan maska ehtiyatı 5,7 milyon ədəddir.
 
Azərbaycanda koronavirusa yoluxan 827 450 nəfərin 10 054-ü ölüb, 816 942 xəstə müalicə olunaraq sağalıb.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb