Yeni hesabata görə, dünyada bu gün 700 mindən çox qadın və qız həbsxanada cəza çəkir.
Modern.az xarici mediaya istinadən bildirir ki, Londondakı cinayət siyasəti araşdırmaları İnstitutunun (Institute for Criminal Policy Research) alimləri 219 ölkədən informasiya toplayaraq 2000-ci ildən sonra qadın məhbusların sayının artdığı qənaətinə gəliblər. Bu göstəricinin kişilərlə müqayisədə artdığı qeyd edilir.
Sənəddə bildirilir ki, qadın məhbusların sayı Salvador, Braziliya, Kamboce və İndoneziyada xüsusilə artıb. Bundan əlavə sənəddə qeyd edilir ki, ölkələrin çoxu həbsxanalarla bağlı statistikanı gizlətdiklərindən bu göstərici çox ola bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !