Dünya üzrə yeni növ koronavirus (COVID-19) aşkarlanan insanların sayı 9 mln 920 min 88 nəfəri keçib.
Anews.az"Worldometers"ə istinadən xəbər verir ki, 497 min 261 nəfər koronavirus səbəbilə həyatını itirib, 5 milyon 373 min 115 nəfər isə sağalıb.
Braziliyada virusa yoluxanların sayı 1 mln 280 min 54, dünyasını dəyişənlərin 56 min 109 nəfərdir.
Hindistanda virusa yoluxanların sayı 509 min 753, dünyasını dəyişənlərin sayı 15 min 700 nəfərdir.
Böyük Britaniyada virusa yoluxanların sayı 309 min 360, dünyasını dəyişənlərin sayı 43 min 414 nəfərdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !