Dünyada ən məşhur pivə markası – REYTİNQ

13:37 | 26.05.2015
Dünyada ən məşhur pivə markası – REYTİNQ

Dünyada ən məşhur pivə markası – REYTİNQ

Çinin Snow Beer pivəsi dünyada ən populyar pivə oldu.

Oxu.Az xəbər verir ki, bu barədə Euromonitor araşdırmalar şirkətinin ekspertlərinin hazırladıqları reytinqə istinadən The Independent bildirib.

Top-siyahıda ikinci yerdə də Çin markası - Tsingtao durur, üçüncü yer amerikan markası Bud Light-a nəsib olub.

Euromonitor mütəxəssisləri siyahını qlobal bazarda istehsalçılara məxsus paya dair məlumatlar əsasında hazırlayıblar. Belə ki, Snow Beer payı 5,4 faiz, Tsingtao - 2,8, Bud Light - 2,5 faizdir.

Dünyada ən çox satılan pivə brendlərinin top-10 siyahısı:

1. Snow (Çin)
2. Tsingtao (Çin)
3. Bud Light (ABŞ)
4. Budweiser (ABŞ)
5. Skol (Braziliya)
6. Yanjing (Çin)
7. Heineken (Niderland)
8. Harbin (Çin)
9. Brahma (Braziliya)
10. Coors Light (ABŞ)

Siyahıda yeganə Avropa istehsalçısının (Heineken) payı 1,5 faizdir. Bazarın əksər hissəsini az hissələrlə top-10-a daxil olmayan məşhur brendlər bölüşüb.

Mart ayında World Whiskies Awards beynəlxalq mükafat ekspertləri 2015-ci ilin ən yaxşı viski növlərini seçdilər. "Single malt” kateqoriyasında Tayvanın Solist Vinho növlü Kavalan viskisi oldu. "Dünyada ən yaxşı taxıl viskisi” nominasiyasında Britaniyanın North British istehsalçısının Darkness viskisi oldu. "Ən yaxşı qarışıq viski” kateqoriyasında isə That Boutique-y Whisky Company şirkətinin istehsalı olan şotland içkisi oldu.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM