AZƏRTAC naked-science.ru saytına istinadla xəbər verir ki, beynəlxalq aeroport Hindistanın Koçin şəhərində 2016-cı ilin mayında fəaliyyətə başlayacaq.
Koçin şəhərinin hakim dairələri bildirirlər ki, bu aeroport bütünlüklə günəş batareyası ilə işləyəcək.
Qeyd edək ki, günəş elektrostansiyasının fəaliyyətində 182 min kvadratmetr ərazini tutan günəş panellərindən istifadə olunacaq. Əsas odur ki, 25 il ərzində işlədiləcək günəş enerjisi atmosferə tullanan 300 min ton karbon qazının qarşısını alacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !