Dünyada ilk kəllə sümüyü nəqli edildi - FOTO

23:32 | 05.06.2015
Dünyada ilk kəllə sümüyü nəqli edildi  - FOTO

Dünyada ilk kəllə sümüyü nəqli edildi - FOTO

"Həqiqətən, çox qəribədir - indi 21 yaşımdakından daha çox saçım var"

ABŞ-da dünyada ilk dəfə olaraq cərrahiyyə əməliyyatı yolu ilə kəllə sümüyü və baş dərisi nəqli edilib.

ANS PRESS-in məlumatına görə, 55 yaşlı Cim Boysen uzun müddət xərçəng xəstəliyinə qarşı müalicə aldığına görə, onun başında böyük bir yara əmələ gəlib. O, davamlı olaraq dərmanlardan da istifadə etdiyinə görə bu yara sağalmırdı. Buna görə də o, əməliyyat olunub.

15 saat davam edən əməliyyat zamanı bir donordan Cim Boysenə kəllə sümüyünün bir qismi və kəllə dərisi nəql edilib. Cərrahlar mətbuata verdikləri açıqlamda əməliyyatın uğurlu keçdiyini deyiblər.

Cim Boysen əməliyyatdan sonra müsahibə verib. "Həqiqətən, çox qəribədir - indi 21 yaşımdakından daha çox saçım var", - deyən Cim zarafat da edib.

Bu əməliyyatdan sonra ona böyrək və mədəaltı vəzi nəqli edilib. Həkimlər indi Cim Boysenin vəziyyətinin yaxşı olduğunu deyirlər.








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti