Dünyada COVID-19-a yoluxma ilə bağlı qeydə alınmış halların sayı 224 milyon 272 min 830 təşkil edib.
"Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Xopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, virusun yayılmasının əvvəlindən bu günə kimi COVID-19-dan ölənlərin sayı 4 624 806 nəfərə çatıb.
COVID-19-a 20 milyondan çox yoluxma hallarının çoxu ilə bağlı üçlüyə ABŞ, Hindistan və Braziliya daxildir. ABŞ həm də koronavirus qurbanlarının sayına görə dünyada birincidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !