Cari ilin sentyabrında dünyada 2,7 mindən çox laborator təsdiqlənmiş "mpox” hadisəsi aşkar edilib.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
"Sentyabrda 2 763 təsdiqlənmiş "mpox” hadisəsi qeydə alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir”, - məlumatda vurğulanıb.
Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox hadisəsi aşkar edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !