Dünyada mobil asılılıq artır

22:39 | 29.07.2015
Dünyada mobil asılılıq artır

Dünyada mobil asılılıq artır

İyunun 29-da "Bank of America” "Consumer Mobility” adlı ikinci illik hesabatını dərc edib. Hesabatda bir çox maraqlı faktlar yer alıb, məsələn, rəyi soruşulanların 71 faizi smartfonla qucaqlaşıb yatır. Bu məlumatlar "Flurry” şirkətini 2014-cü ildə keçirilmiş tədqiqatlara geri qayıtmağa vadar edib.

Dünyada mobil telefondan asılı olanların sayı 59 faiz artıb

"Flurry” şirkətinin məlumatına görə, 2014-cü ilin ikinci rübündən 2015-ci ilin 2-ci rübünə qədər smartfonların sayı 1,3-dən 1,8 milyardadək artıb. Başqa sözlə desək illik artım 38 faiz təşkil edib. Gün ərzində 1-dən 16-dək mobil proqramdan istifadə edən adi istifadəçilərin sayı 784 milyondan 985 milyonadək artıb. Əgər gündəlik mobil proqramdan 60 dəfədən çox istifadə edən mobil telefondan asılı insanların statistikasına baxsaq, məlum olur ki, bu kateqoriya ən sürətli templə artır: bir il ərzində 176 milyondan 280 milyonadək. Artım 59 faiz təşkil edib.//İctnews

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM