Dünyada neft ehtiyatları azalıb

16:22 | 13.08.2024
Dünyada neft ehtiyatları azalıb

Dünyada neft ehtiyatları azalıb

İyulda qlobal neft tədarükü gündəlik 230 min barel artaraq 103,4 milyon barel olub. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilib.
 
OPEC+ ölkələri tərəfindən hasilatın əhəmiyyətli dərəcədə artması razılaşmadan kənar istehsalçıların itkilərini kompensasiya edib.

"Hazırda tədarük pik yay tələbinə uyğun deyil . Nəticədə bazarda qıtlıq yaranıb və  qlobal neft ehtiyatları kəskin şəkildə azalıb”,  - hesabatda bildirilib.

Beləliklə, dörd aylıq artımdan sonra iyunda neft ehtiyatları 26,2 milyon barel azalıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti