• $ 1.7
  • € 2.0244
  • ₽ 0.022001
  • ₺ 0.039
  • £ 2.3221

Dünyada nüvə silahlanmasının yeni mərhələsi başlayır - HESABAT

Dünyada nüvə silahlanmasının yeni mərhələsi başlayır - HESABAT
13.06.2022 14:53
35 ildən, Soyuq Müharibənin bitməsindən sonra  qlobal nüvə arsenalının məhdudlaşdırılmasından sonra dünyada nüvə silahlanma yarışının yeni mərhələsi gözləniliir. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) araşdırmasında bildirilir. 

SIPRI-nin təhlilinə görə, Rusiyanın Ukraynaya təcavüzü və qərbin Kiyevə dəstəyi dünyanın nüvə silahlarına sahib 9 dövləti arasında gərginliyi artırıb. 

"Son bir il ərzində həm nüvə silahlarına nəzarət, həm də nüvədən imtina sahəsində əhəmiyyətli irəliləyiş əldə olunsa da, nüvə silahından istifadə riski indi Soyuq Müharibənin qızğın vaxtından bəri ən yüksək səviyyədədir”, - SIPRI-nin direktoru Den Smit deyib.
 
Ekspertlərin fikrincə, 9 nüvə ölkəsinin hamısı - Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya öz arsenallarını fəal şəkildə modernləşdirməyə başlayıblar. 

Amerika Alimlər Federasiyasının tədqiqatçılarının hesablamalarına görə, hazırda Böyük Britaniyada təxminən 195 nüvə başlığı var, onlardan 120-si işləyir.

Böyük Britaniya Çin və Rusiyanı nüvə şəffaflığının olmamasına görə tənqid etsə də, Böyük Britaniya bundan sonra ölkənin əməliyyat nüvə silahı ehtiyatı, yerləşdirilmiş döyüş başlıqları və ya yerləşdirilən raketlərlə bağlı rəqəmləri açıqlamayacağını açıqladı.

2021-ci ilin əvvəlində Fransa rəsmi olaraq üçüncü nəsil nüvə enerjisi ilə işləyən ballistik raket sualtı qayığını (SSBN) inkişaf etdirmək üçün proqrama start verdi, görünür, Hindistan və Pakistan öz nüvə arsenallarını genişləndirir və hər iki ölkə nüvə təchizatı sisteminin yeni növlərini  inkişaf etdirməyə davam etdi.

SIPRI-nin Kütləvi Qırğın Silahları Proqramının baş elmi işçisi və  Amerika Alimləri Federasiyası (FAS) Nüvə İnformasiyası Layihəsinin direktoru Hans M. Kristensenin sözlərinə görə, Soyuq Müharibənin bitməsindən sonra qlobal nüvə arsenalının məhdudlaşmasının artıq sona yetdiyini göstərən dair aydın əlamətlər var.

"Nüvə dövlətlərinin hamısı öz arsenallarını genişləndirir. Bu, çox narahatedici tendensiyadır”, - SIPRI kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq əlavə edib.

SIPRI iddia edir ki, dünyada 2022-ci ilin yanvarına olan nüvə başlıqlarının ümumi sayı 12 705 olub, onlardan 9 440-ı aktivdir və potensial olaraq hərbi istifadəyə hazırdır. Ötən illə müqayisədə bu rəqəm bir qədər azalıb. Belə ki, 2021-ci ilin yanvarında 13 080 döyüş başlığı olub. Amma bu azalma silahsızlaşma əlaməti deyil - sadəcə ABŞ və Rusiya bir neçə il əvvəl planlaşdırılan köhnəlmiş sistemləri yığışdırıblar. Aktiv döyüş başlıqlarının sayı isə il ərzində praktiki olaraq dəyişməyib.

Dünya nüvə arsenalının 90%-dən çoxu Rusiya Federasiyası və ABŞ-ın payına düşür. SIPRI analitikləri vurğulayırlar ki, bu ilin əvvəlinə Rusiyanın strateji nüvə silahlarından əlavə, 1912 taktiki nüvə silahı da var.

Çin nüvə arsenalını əhəmiyyətli dərəcədə genişləndirməkdədir. Bunu, xüsusən, peyk görüntülərində müşahidə oluna bilən 300-dən çox yeni raket silosunun tikintisi göstərir.

Qərb ölkələri də öz arsenallarını genişləndirir və ya müasirləşdirir. İngiltərə 2021-ci ildə də nüvə silahı ehtiyatlarını artırmaq qərarına gəlib. London həmçinin nüvə arsenalı haqqında dəqiq məlumatlar dərc etməyəcəyini açıqlayıb.

Fransa isə 2021-ci ildə ballistik raketlər və nüvə başlıqları ilə təchiz oluna bilən yeni nüvə sualtı qayıqlarının hazırlanması proqramına start verib.
 
Rəsmi Moskva Ukrayna ilə mühairbə zamanı nüvə silahından istifadə ehtimalını istisna etmir. Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Sputnik Radiosuna müsahibəsində bildirib ki, Rusiya bir sıra hallarda nüvə silahından istifadə edə bilər. Amma o, dərhal da bildirb ki, Ukrayna ilə danışıqlara ümid edir. İngiltərənin The Guardian qəzetinə verdiyi açıqlamada Rusiyanın nüvə silahından istifadə etməsi üçün 4 ssenarini sıralayıb:

1.Rusiyaya nüvə raketi ilə hücum
2. Rusiyaya və ya onun müttəfiqlərinə qarşı başqa növ nüvə silahlarından istifadə
3. Rusiyanın nüvə istifadəsindən çəkinməsini pozacaq "kritik infrastrukturlara" hücum
4.Rusiyanın və ya onun müttəfiqlərinin mövcudluğunu təhlükə altına alan aqressiv hərəkətlərlə məşğul olmaq

O, həmçinin nüvə silahı ilə deyil, adi silahlarla aqressiv hərəkətlərin dördüncü şərti işə saldığını bildirib.

Nüvə silahı nədir və dağıdıcılığı nə qədərdir?

Nüvə silahı (atom silahı) atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Nüvə silahlarının əsas vəzifəsi maksimum ziyan vurmaqdır. Onların gücü bir sıra amillərdən, o cümlədən, aşağıdakılardan asılıdır:

döyüş başlığının ölçüsündən;
döyüş başlığının partladığı hündürlükdən;
nüvə silahlarının istifadə olunduğu ərazidən.

Hərçənd ən kiçik döyüş başlığı belə çox sayda insan tələfatına və uzunmüddətli mənfi nəticələrə səbəb ola bilir.
İkinci Dünya Müharibəsinin sonunda Xirosimaya atılan atom bombasının gücü "cəmi" 15 kiloton idi və 146 min insanın ölümünə səbəb olmuşdu.

Müasir nüvə başlığının gücü 1000 kilotondan çox ola bilir. Belə bir döyüş başlığının partladığı ərazidə praktiki olaraq heç nə qalmır. Göz qamaşdıran bir parıltıdan sonra nəhəng alov topu (texniki baxımdan bu, son dərəcə intensiv işıq emissiyasıdır) və zərbə dalğası yaranır ki, ikisi birlikdə bir neçə kilometr radiusdakı bütün tikililəri məhv edir.

Nüvə sahəsində çalışan alimlər deyirlər, dünyadakı mövcud nüvə silahlarının gücü o qədər böyükdür ki, Yer kürəsində həyatı 200 dəfə məhv edə bilərlər.
 
Proqnozlara əsasən, növbəti 10 ildə dünyada nüvə silahı ehtiyatları artacaq.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol