Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 4,5% artıb - Araşdırma

13:41 | 20.11.2023
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 4,5% artıb - Araşdırma

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 4,5% artıb - Araşdırma

Hazırda dünyada 529 milyona yaxın şəkərli diabet xəstəsi var. Bu barədə "The Lancet” təşkilatı hesablama aparıb.
 
"Bu rəqəmin 2050-ci ilə qədər 1,3 milyarda çatacağı proqnozlaşdırılır.  Hazırkı qlobal yayılma nisbəti 6,1% təşkil edir. Super-region səviyyəsində ən yüksək göstərici Şimali Afrika və Yaxın Şərqdə 9,3% təşkil edir. bu rəqəmin 2050-ci ilə qədər 16,8%-ə, Latın Amerikası və Karib hövzəsində bu nisbətin 11,3%-ə yüksələcəyi bildirilir", - hesablamada qeyd olunub.  
 
IDF Diabet Atlasının 2021-ci il statistikasına görə, dünyada 537 milyona yaxın insan şəkərli diabet xəstəsidir.
 
"Bu rəqəmin 2030-cü ilə qədər 643 milyona , 2045-ci ilə qədər isə 783 milyona yüksələcəyi proqnozlaşdırılır. Şəkərli diabet 2021-ci ildə dünyada 6,7 milyon insanın ölümünə səbəb olub. Şəkərli diabetin müalicəsi üçün  dünyada  966 milyard dollar xərclənib.  Son 15 ildə bu xərclər 3,2 dəfə artıb. 541 milyon yetkin insanda qlükoza tolerantlığı pozulub ki, bu da onları 2-ci tip diabet riski altında saxlayır", - statistikada vurğulanıb.
 
Dövlət Statistika Kommutəsinin məlumatına görə, 2022-ci ildə  qeydiyyata düşən şəkərli diabet xəstələrinin sayı 2021-ci illə müqayisədə 306,7 min nədəfrdən 321 min nəfərə kimi artıb.  Onlardan 29 min 804-ü insulin qəbul edir, 291 min 178 nəfəri insulindən asılı deyil. 2021-ci ildə isə bu rəqəm 306 min 751 olub.
 
Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»na görə, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki,   bu da cari ilin proqnozu ilə müqayisədə 5,3 milyon manat və ya 10% çoxdur.
 
Şəkərli diabet xəstəliyindən əziyyət çəkən adının anonim qalmasını istəyən xəstə bildirir ki,  qardaşının vəfatından sonra qorxduğu üçün bu xəstəliyə tutulub. 
 
"2 il öncə  ürək tutması səbəbindən qardaşımı  xəstəxanaya yerləşdirdik. Gecə qəfil gələn ölüm xəbərindən qorxdum. Bundan bir müddət sonra səhhətimdə narahatlıq yarandı, həkimə müraciət etdim və bəllioldu ki,  şəkərli diabet xəstəsiyəm. Həmin gündən şəkərli diabetə qarşı dərman qəbul edirəm”, - o əlavə edib.
 
Xəstə qeyd edir ki, müalicə almasına baxmayaraq xəstəlik səhhətində bir çox çətinliklər yaradır.
 
"Günaşırı oynaq ağrılarımın olması bəzən ən adi işləri görməyimdə çətinlik törədir. Bununla yanaşı hər zaman yediklərimə diqqət etmək məcburiyyətində qalıram. Çox şirin, yağlı, yüksək kalorili qidalar qəbul etmirəm. Piyada uzaq yol gedəndə tez yorulur və əldən düşürəm”, - o bildirib. 
 
Endokrinoloq Fərhad Burzu bildirir ki, insulinə qarşı həsassiyyət pozulanda və ya insulin çatışmazlığı yarananda şəkərli diabet xətəliyi əmələ gəlir.
 
"Şəkərli diabetin 2 növü var. Birinci tip və ikinci tip diabet xəstələri olur. Şəkərli diabet ya insulinin çatışmazlığı, ya da insulinə qarşı orqanizmdə həssasiyyətin pozulması nəticəsində  yaranır. Birinci tip diabet daha çox gənclərdə özünü göstərir. Buna gənclərin diabeti də deyilir, hansı ki, az faizlə ancaq onlarda rast gəlinir. Bu tip xəstələrdə diabet daha erkən, körpəlik zamanından özünü göstərməyə başlayır. Onlar davamlı insulindən asılı olurlar. Bu zaman xəstələrdə kəskin şəkər düşmələri və qalxmaları, soyuq tər, özündən getmə, halsızlıq, tez-tez sidiyə getmə və s. kimi simptomlar müşahidə oluna bilir. Xəstəliyin ən ağır variantında xəstə komatoz vəziyyətə düşür. İxtisaslaşmış tibbi müəssisələrdə həmin xəstələr yenidən özlərinə gələ bilir. Şəkərli diabet xəstələri davamlı olaraq özlərini diqqətdə saxlayırlar və hər zaman müalicə olunurlar. ”, - həkim əlavə edib.
 
1991-ci ildən Beynəlxalq Diabet Federasiyası və Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il qeyd olunan gün şəkərli diabetə qarşı insulini kəşf edən fizioloq Fredrik Bantinqin doğum günü ilə bağlı olaraq hər il 14 noyabr "Beynəlxalq Diabetlə Mübarizə Günü” kimi qeyd olunur.
 
Aygün Mirakif

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM