Dünyanın 52 şəhərində Qubad İbadoğlunun müdafiəsi ilə bağlı aksiyalar keçiriləcək

16:54 | 11.09.2023
Dünyanın 52 şəhərində Qubad İbadoğlunun müdafiəsi ilə bağlı aksiyalar keçiriləcək

Dünyanın 52 şəhərində Qubad İbadoğlunun müdafiəsi ilə bağlı aksiyalar keçiriləcək

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, müxalifətçi və iqtisadçı Qubad İbadoğlunun 52 yaşının tamam olması ilə əlaqədar sentyabrın 12-də dünyanın müxtəlif şəhərlərində onun hüquqlarının müdafiəsi ilə bağlı mitinqlər keçiriləcək. Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verib.

O bildirrib ki, nümayişlər "52 şəhər, 52 aksiya” şüarı altında keçiriləcək.

"İlk aksiya artıq 12 sentyabrın gəldiyi Şərqi Timorun paytaxtı Dilidə baş tutub. Çərşənbə axşamı ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Hollandiya, Gürcüstan və İsveç və digər ölkələrin müxtəlif şəhərlərində mitinqlər keçiriləcək. Aksiyada hüquq müdafiə təşkilatlarının nümayəndələri, ictimai xadimlər, jurnalistlər iştirak edəcək",- qardaşı əlavə edib.
 
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
Aytac Zeynalova
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM