Dünyanın aparıcı onlayn ticarət brokeri Azərbaycanın bazarına daxil olub

09:43 | 08.08.2024
Dünyanın aparıcı onlayn ticarət brokeri Azərbaycanın  bazarına daxil olub

Dünyanın aparıcı onlayn ticarət brokeri Azərbaycanın bazarına daxil olub

Dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group” "Azfinance İnvestisiya Şirkəti" ASC-nin səhmlərini alaraq Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub. "Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

1998-ci ildən fəaliyyət göstərən "CFI Financial Group” qlobal səviyyədə tətbiq olunan onlayn ticarət xidmətlərini Azərbaycan bazarına gətirmək niyyətindədir. Holdinq Azərbaycanda nəzarətinə keçirdiyi investisiya şirkətinin adını bu ilin sonuna qədər dəyişməyi, başqa sözlə rebrendinq etməyi planlaşdırır.

"CFI Azərbaycan bazarına daxil olmaqdan məmnundur, çünki bu ölkə iqtisadi potensialına görə strateji əhəmiyyətə malikdir. Biz Azərbaycanda treyderlərlə güclü əlaqələr qurmağı, onların ticarətini ən yüksək standartlarla gücləndirməyi səbirsizliklə gözləyirik", - deyə CFI-nin həmtəsisçisi və idarəedici direktoru Hişam Mənsur bildirib.

 "Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmlərinin 85 %-i Abid Mamedova (Müşahidə Şurasının sədri), 15 %-i isə İntiqam Səfərəliyevə (direktor) məxsusdur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti