Dünyanın böyük şirkətləri birləşdi

13:13 | 12.12.2015
Dünyanın böyük şirkətləri birləşdi

Dünyanın böyük şirkətləri birləşdi

ABŞ-ın kimyavi maddələr istehsalı üzrə ixtisaslaşmış 2 nəhəngi "Dow Chemical" və "DuPont" birləşmə haqqında razılaşma əldə edib.

ANS PRESS-in məlumatına görə, planlaşdırılan 130 milyard dollarlıq müqavilənin qüvvəyə minməsindən sonra birləşmiş konqlamerat "Dow-Dupon” adlandırılacaq.

Konqlamerat əsas diqqəti kənd-təsərrüfatı, təchizat materialları və ixtisaslaşmış məhsulların istehsalına yönəldəcək.

Anti-İnhisar Tənzimləyiciləri razılaşmaya "yaşıl işıq” göstərəcəyi təqdirdə, yaradılacaq konqlameratın səhmləri şirkətlər arasında ədalətli şəkildə 50/50-ə bölüşdürüləcək.

Şirkətlər bundan başqa yaxın gələcəkdə sərt iqtisadi ölçülər yolu ilə 3 milyard dolları qənaet etməyi və digər zəruri islahatlar həyata keçirməyi və konqlameratı 3 ayrı bölməyə ayırmağı planlaşdırır.

"Dow Chemical Company" Birləşmiş Ştatların kimyəvi məmulatları istehsalı şirkətidir. Bu şirkət dünyada satış üzrə BASF konsernindən sonra ikinci yerdə gəlir. Şirkətin qərargahı Miçiqan ştatının Midland şəhərində yerləşdir.

"DuPont" dünyanın ən böyük kimyəvi məmulatlar istehsal edən şirkətlərindən biridir. Şirkətin qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM