Dünyanın ən çox borcu olan ölkələri - SİYAHI

17:05 | 18.08.2015
Dünyanın ən çox borcu olan ölkələri - SİYAHI

Dünyanın ən çox borcu olan ölkələri - SİYAHI

Beynəlxalq Valyuta Fondu dünya ölkələrinin xarici borcları ilə bağlı araşdırma dərc edib. Modern.az xəbər verir ki, beynəlxalq qurum dünya ölkələrinin ümumi borcunu 59,7 trilyon dollar həcmində müəyyənləşdiriblər.

Ən çox borcu olan ölkələr sırasında ilk yeri ABŞ tutur. Valyuta Fondunun hesablamalarına görə dünya dövlətlərinin borclarının 29,05%-i yaxud 13,91 trilyon dolları rəsmi Vaşinqtonun üzərinə düşür.

İkinci pillədə isə "gündoğan” ölkə Yaponiyadır. Bu ölkənin borcu 11,93 trilyon dollar təkşil edir və dünya üzrə payı 19,99%-ə bərabərdir.

Dünya iqtisadiyyatında 13,9% pay sahibi olan Çin isə cəmi 3,73 trilyon dollar borca sahibdir.

Bu dünyadakı dövlət borclarının həcminin 6,25%-ni təşkil edir. Qərbin iqtisadi sanksiyalarına məruz qalan Rusiyanın dövlət borcu isə 292,5 milyard dollar yaxud dünya borclarının 0,4%-i həcmindədir.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM