Dünyanın ən məşhur KİV-nə hücumu: 3500 abunəçinin məlumatı oğurlandı

13:17 | 12.10.2015
Dünyanın ən məşhur KİV-nə hücumu: 3500 abunəçinin məlumatı oğurlandı

Dünyanın ən məşhur KİV-nə hücumu: 3500 abunəçinin məlumatı oğurlandı

Dünyanın məşhur kütləvi informasiya vasitəsi, 100 illik tarixə malik "Wall Street Journal"ın məlumat bazasına haker hücumu olub. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Wall Street Journal"ın həm qəzet, həm də internet saytına haker hücumu olub. Qurumun rəhbərliyindən verilən rəsmi açıqlamaya görə, ilk icazəsiz girişləri ötən şənbə günü təsbit edilib. Bu zaman istifadəçilərin öz adları ilə informasiyaların ələ keçirildiyi ortaya çıxıb. Qəzetin CEO-su Villiam Levis "problemlə bağlı araşdırmalar davam edir" - ilk açıqlamasını verib.

Hücumun əsasını qəzetin abunəçilərinin yer aldığı məlumat bazası olub. Bu bazada abunəçilərin adları, adresləri, e-mailləri, abunəçilik haqqının avtomatik ödənilməsi üçün kredit kartlarının məlumatları yerləşdirilib. Levis digər bilgilərin də ələ keçdiyini açıqlayıb.

Hazırda hücumun hansı istiqamətdən edildiyi araşdırılır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM