Beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsində, ticarət münasibətlərin yaranmasına xüsusi yer tutan su kanalları və boğazların əksəriyyəti müsəlman ölkələrinin ərazilərinə düşür. Bu səbəbdən də su kanalları və boğazlar yerləşdikləri ölkələrinin strateji baxımından önəmini daha da artırır.
Dünən bəzi avropalı liderlərin iştirakı ilə Misir xeyli əvvəl layihələndirilən Yeni Suveyş Kanalının açılışını edib. Bu su yolu vasitəsilə Aralıq dənizi ilə Hind Okeanı arasındakı ticarət yolu daha da sürətlənəcək.
Bu kanalın açılışı dünyanın ən məşhur su kanalları və boğazları mövzusunu aktuallaşdırdı. Dünya xəritəsinə nəzər saldıqda isə əhəmiyyətli su kanallarının və boğazların müsəlman dövlətlərinin nəzarətində olduğu ortaya çıxır.
ANN.Az həmin su yollarının siyahısını oxuculara təqdim edir:
İstanbul boğazı
Qara dəniz və Aralıq dənizini bir-birinə bağlayan boğaz. Bütün tarix boyu Avropa və Asiyanın qoşuşduran bu boğaz öz əhəmiyyətini, önəmini qoruyub saxlaya biib. Uzunluğu 35 kilometr olan İstanbul boğazında ildə orta hesabla 90 min gəmi keçir. Əksər hallarda bu gəmilərdən heç bir vergi-filan alınmır.
Hazırda layihələndirilən ikinci boğazın - Kanal İstanbulun isə illik gəlirinin 8 milyard olacağı proqnozlaşdırılır. Eyni zamanda turizmin inkişafında da xüsusi çəkisi olan İstanbul boğazı vasitəsilə hər il yüzminlərlə əcnəbi Türkiyəyə daxil olur, yaxud bu kanal vasitəsilə Avropadan Asiyaya, Asiyadan Avropaya səyahət edir.
Çanaqqala boğazı
Mərmərə və Egey dənizlərinin bir-birinə bağlayan bu boğazın ən geniş yeri 5,8 kilometr, ən dar yeri isə 1,25 kilometrdir. Boğazın dibində tərs axın mövcuddur. Montrö Boğazlar Müqaviləsinə daxil olan bu boğaz Aralıq dənizinə açılan qapısıyla önəmli strateji əhəmiyyətə malikdir.
Cəbəllütariq boğazı
Əməvi sərkərdəsi Tarıq Bin Ziyadın şəhərində adlandırılan Cəbəllütariq boğazı Aralıq Dənizini Atlantik okeanına bağlayır. Suverenlik haqqı Mərakeş, İngiltərə və İspaniya arasında bölüşdürülür. Böyük Britaniya Krallığına bağlı Cəbəllütariq muxtar ərazinin də yerləşdiyi bölgədə tez-tez İngiltərə və İspaniya arasında siyasi böhran çıxır.
Bir tərəfdən İspaniya daha böyük suverenlik haqları tələb edir, digər tərəfdən isə İngiltərə həmin əraziyə 200 ildən çox idarə etdiyi üçün heç kimə güzəştə getmir. Mərakeşin isə heç bir ciddi iddiası və təşəbbüsü yoxdur.
Berinq boğazı
Amerika və Asiya qitələrini bir-birindən ayıran bu boğaz ABŞ və Rusiya arasında yerləşir. Təxminən, 3-4 ildir ki, Çin, Amerika və Rusiyanı bir-birinə yeraltı dənizyolu layihəsi üzərində işlər aparılır.
Magellan boğazı
Boğaz Odlu tarpaq arxepelaqı ilə Cənubi Amerika materikini bir-birindən ayırır. Boğazın bəzi yerlərdə eni 3,5 km-ə catır. Sahil hissələrində fiortlara rast gəlinir ki, bu da həmin hissədə gəmiçiliyə maneə olur. Boğazın şərqdən qərbə ümumi uzunluğu 575 km təşkil edir. Ən dayaz yeri 20 m-dir.
Bu boğazı keçən ilk avropalı Fernando Magellan olub. Uzun müddət Cənub torpağı adlı qitəsinin bir parçası olma ehtimalı vardı. 21 oktyabr 1520-ci ildə güclü küləklər Magellanın gəmisini boğazın girişində olan buxtaya salır. Sonra boğazın içərilərinə doğru üzərək boğazı keçirlər. Bununlada Magellan tarixdə ilk dəfə Sakit okeanında üzən avropalı olur. Onlar 1 noyabrda boğazın içərilərinə doğru irrələyərkən həmin gün 'Müqəddəslər günü' olduğundan bu günün şərəfinə "Estreito de todos os Santos" adlandırır. Lakin İspan kralı boğazın adını dəyişərək Fernando Magellanın şərəfinə "Estrecho de Magellanes" adlandırır.
Magellan boğazı və Cənubi Amerika materikini bir-birindən ayırır. Şərq hissədə Virjin burnundan başlayır və qərbə doğru 53 dərəcə ilə qərbə doğru uzanır. Şərq hissədə sahillər sıldırımlı və dik olmasıilə fərqlənir. Qərb hissə Frovard burnundan başlayır və demək olar ki, düz istiqamətdə yerləşir. Odlu torpaqla materik arasında Müqəddəs Klarensa, Müqəddəs İnesa adaları yaxınlıqlarıda fiordlarla zəngindir. Bu hissədə güclü burulğanlar baş verir. Bitkiləri əsasən manır və alçaq boylu ağaclar geniş yayılmışdır. Sakit okeanına cıxış olan hissədə Narboro adası yerləşir. Boğazda maksimal axın sürəti 25 km/s təşkil edir. Əsas liman isə Çilinin şəhəri olan Punta-Arenasdır.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: Maḍīq Hurmuz, Farsca: Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir.
Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir.
Messin boğazı
Siciliya adasını Kalabrinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir.
1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.
Babülməndəb boğazı
Ərəbcə "Babül-məndəb" kədər, göz yaşı darvazası deməkdir.
Ərəbistan yarımadasının cənub-qərbinin qurtaraçağı ilə Afrika arasında yerləşən boğazdır. Qırmızı dənizi Ədən körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Ən dar yeri 26,5 km, ən dayaz yeri 182 m. Böyük iqtisadi və strateji əhəmiyyətə malikdir. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol buradandır.
Malakka boğazı
Malakka Boğazı Malaziya Yarımadası (Qərbi Malaziya) və İndoneziyaya bağlı Sumatra adası arasındakı 805 kilometr uzunluğunda olan dar bir boğazdır.
İqtisadi və strateji baxımdam bura dünyanın ən önəmli dəniz yollarından biri kimi qəbul edilir. Onun əhəmiyyəti Süveyş və Panama kanalları qədərdir. Boöaz Hünd və Sakit Okean arasında yerləşməklə bərabər dünyanın 3 ən çox əhaliyə malik - Hindistan, İndoneziya və Çini də bir-birinə bağlayır. Bunlarla bərabər bu boğaz dünyanın ticarət nəhənglərinin - Yaponiya, Cənubi Koreya və Yaivan arasındakı beynəlxalq ticarət yolu hesab olunur.
2014-cü ildə bu boğazdan 80 min ticarət gəmisinin keçdiyi qeydə alınıb.
Amerika Enerji İnformasiya İdarəsinin statistik məlumatına görə, Malakka Boğazından gün ərzində 16 milyon barelə yaxın neft daşınır.
Süveyş kanalı
Süveyş kanalı Sinay yarımadasının qərbində, Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Kanalın uzunluğu 163 km, ən dərin yeri 300 metrdir. Afrika qitəsində yerləşməsinə baxmayaraq Süveyş kanalı Asiya və Avropa dənizçiliyi üçün də çox önəmli su yoludur.
Əsas limanları Port-Səid və Süveyş şəhərləridir.
Kanalın çəkilişi fransız diplomatı və mühəndisi Ferdinand de Lessepsin rəhbərliyi altında 1859-1869-cu illər arasında aparılıb və 17 noyabr 1869-cu ildə açılıb.
Süveyş Kanalının İdarəetmə Mərkəzinin (Suez Canal Authority) məlumatına görə, boğazın illik gəmi keçidi 76 min civarında təşkil edir. 2014-cü il ərzində buradan keçən gəmilərdən alınan vergi Misir dövlət büdcəsində 5,5 milyard dollarlıq gəlir kimi qeydə alınıb.
Uzun müddətdir lo, üzərində genişləndirmə işləri aparılan yeni Süveyş Kanalı u gün açılıb.
Kiel kanalı
Baltik dənizinin dünya sularına çıxmasında mühüm əhəmiyyətə malik kanaldır. Şimal Dənizində Elbe Çayı sahilindəki Brünsbüttelkooqdan şərqdə Baltik Dənizi sahilindəki Kiel limanında yerləşən Holtenauya qədər 98 kilometr uzanır.
İki dəniz arasındakı ən təhlükəsiz, qısa və ucuz nəqliyyat yoludur. Eni 103 m, dərinliyi 11 metr olan kanalın üzərində təxminən 42 m hündürlükdə yeddi körpü inşa olunub.
Panama kanalı
Panama kanalı Panamada Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanaldır.
Bu kanalın inşası dövrünü ən bahalı və ən çətin layihələrindən bir hesab olunur.
Gəmiçiliklə bağlı əhəmiyyətinə görə,
Cənubi Amerika qitəsinin ən ucqar cənub nöqtəsi Horn Burnuna yetişmək üçün bu kanal gəmiçilik baxımından xüsusi əhəmiyyət daşıyır.
Ötən il üzərindən 13 min gəmi keçən kanal illik 1.5 milyard dollar gəlir mənbəyi hesab olunur. Vaxtilə ABŞ-ın işğal etdiyi Panama kanalı Latın Amerikası üçün strateji baxımdan da böyük əhəmiyyət daşıyır.
Çinin Nikaraquada həyata keçirməyi planlaşdırdığı yeni kanal layihəsi Panama kanalı üçün təhdid hesab olunur.
Hazırladı Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !