Dünyanın ən qocaman siyasi məhbusu öldü

16:02 | 05.06.2015
Dünyanın ən qocaman siyasi məhbusu öldü

Dünyanın ən qocaman siyasi məhbusu öldü

Misir həbsxanasındakı ən qocaman siyasi məhkum Nəbil el-Mağribi müalicə aldığı El-Munil Universitetinin Xəstəxanasında vəfat edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ictimaiyyətin daha çox "Ez-Zavahiri Aga" kimi tanıdığı Mağribi dövlət qurumlarını və silahlı qüvvələrini hədəf alan "Əl Qaidə" təşkilatı ilə əlaqəli olmaqda, yeni terror təşkilatı yaratmaqda ittiham olunub. O, Akrab Həbsxanasında saxlanılırmış.

2011-ci il yanvarın 25-də Misirdə baş verən inqilabdan sonra sərbəst buraxılan Mağribi prezident Mursinin devrilməsindən sonra təkrar həbs olunub.

Magribi 1979-cu ildə siyasi fəaliyyəti ilə bağlı həbs olunub. 1981-ci ildə o, o dövrkü Misir prezidenti Ənvər Sədata qarşı sui-qəsd hazırlığının təşkilatçısı kimi yenidən ittiham olunmuş və ömürlük həbs cəzasına məhkum edilmişdi. 

Magribi keçmiş döyüş kəşfiyyatçısı zabiti olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti