Dünyanın ən uzun şüşə körpüsü - FOTOLAR

14:55 | 28.09.2015
Dünyanın ən uzun şüşə körpüsü - FOTOLAR

Dünyanın ən uzun şüşə körpüsü - FOTOLAR

Çin dünyanın ən uzun şüşə körpüsünü inşa edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çinin Hunan əyalətindəki Şiniuzhai Beynəlxalq Parkında inşa edilən körpünün uzunluğu 300 metrdir.

Yerdən 180 metr yüksəkliyində yerləşən şüşə körpünün inşasında 22 millimetrlik ikiqatlı şüşə istifadə edilib. Çinli rəsmilərin qənaətinə görə, bu şüşələr adi pəncərə şüşələrindən 25 dəfə daha möhkəmdir. Bundan əvvəlki körpü taxtadan olub. Çində ən təhlükəli 11 körpüdən biri hesab olunan gün ərzində sadəcə 12 saat istifadəçilərin üzərinə açıq qalır. 

Əvvəlki ağac körpüdən keçmək də cəsarət istəyirdi. Amma körpünün şüşədən inşa edilməsi hazırda vəziyyəti daha da kritikləşdirib, qorxunc vəziyyət yaradıb. Hazırda yerli əhali bu körpüyə "Cəsarət körpüsü" adını verib. 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb