Dünyanın ən yaşlı insanı vəfat edib

20:17 | 04.01.2025
Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.

2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi "Kyodo” agentliyinə ölümün təbii səbəblərdən baş verdiyini açıqlayıb.

Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub.O, 2024-cü ilin sentyabrında Yer kürəsinin ən yaşlı sakini kimi tanınıb. O zaman onun 116 il və 116 günü var idi. Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM