Dünyanın ən zəngin ailələri açıqlanıb

14:27 | 11.08.2019
Dünyanın ən zəngin ailələri açıqlanıb

Dünyanın ən zəngin ailələri açıqlanıb

Dünyanın ən zəngin 25 ailəsinin ümumi gəliri, 24 faiz artaraq, 1,4 trilyon dollara bərabər olub...
"Bloomberg” işgüzar xəbərlər agentliyi dünyanın ən zəngin ailələrinin reytinqini dərc edib.
 
İAnews.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi gəliri, 24 faiz artaraq, 1,4 trilyon dollara bərabər olub.
 
Məlumatlara əsasən, birinci yerə "Walmart” supermarketlər şəbəkəsinin sahibi olan Uoltonlar ailəsi (ABŞ) çıxıb. Onların var-dövləti 191 milyard dollar təşkil edib.
 
"Mars” şokolad batonlarının istehsalı ilə məşğul olan Marslar ailəsi isə ikinci yerdə qərarlaşıb. Onların gəliri 127 milyard dollar təşkil edib.
 
İlk üçlüyü 125 milyard dollar gəlirlə Devid və Çarlz Kohilər tamamlayıb. Onlar "Koch Industries” neft-kimya kompaniyasına rəhbərlik edirlər.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM