Dünyanın ən zövqlə geyinən qadınının adı açıqlandı

23:00 | 18.04.2019
Dünyanın ən zövqlə geyinən qadınının adı açıqlandı

Dünyanın ən zövqlə geyinən qadınının adı açıqlandı

Məşhur müğənni və aktrisa Cennifer Lopez "Geyim zövqü ikonası" mükafatına layiq görülüb. Mükafatı ona iyunun 3-də Amerika Modelyerlər Şurası təqdim edəcək.

Anews.az bizimyol.info-ya istinadla xəbər verir ki, qalibi seçmək üçün ulduzların geyim tərzi araşdırılıb. Lopez rəqiblərini aşkar üstələyib. Modelyerlər şurasının təsisçisi Diana fon Fyurstenberq deyir: "Cennifer Lopez geyimi ilə özünəinam və güc nümayiş etdirir. Hər dəfə dizaynerlər və pərəstişkarları onun dəbdə yeniliklərini səbirsizliklə gözləyir".

Təşkilatın baş direktoru Siven Kolb da heyranlığını gizlətməyib: "Cennifer Lopezin geyim üslubu cəsarətlidir, azaddır, yaddaqalandır".

Keçən ilin dekabrında "Footwear News" 10 ən zövqlü məşhurun adını açıqlanmışdı. Onda Lopez də Ledi Qaqa və şahzadə Harrinin həyat yoldaşı Meqan Markl ilə birlikdə ilk üçlüyə daxil olmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM