Hazırda Böyük Britaniya şahzadəsi Harri və amerikalı aktrisa Meqan Marklının toy mərasimi qeyd olunur.
Mərasim məşhur "St George Şapeli”də keçirilir.
Nikahın kral ailəsinin məşhur hakimi David Connor tərəfindən bağlanacağı bildirilir.
Qeyd edək ki, kral ailəsinin bu toy üçün xərclədiyi məbləğ təxminən 45 milyon dollardır. Məbləğin əsas hissəsinin təhlükəsizlik tədbirlərinə xərclənəcəyi bildirilib.
Xatırladaq ki, Şahzadə Uilyam və Keyt Middltonun toyu təxminən 28 milyon dollara başa gəlmişdi.
Mərasimi BBC kanalı canlı yayımlayır:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !