"Dünyanın heç yerində ideal seçki prosesi yoxdur. Əlimizdən gələni edirik mükəmməl və əvvəlki seçkilərdən daha təkmilləşdirilmiş olsun. Müxtəlif ölkələrdə seçkilərdə oluruq. Tam əsasımız var deyək ki, Azərbaycan vətəndaşı daim bu proseslərə diqqətli yanaşır. Seçki qurumları hakim rolunu oynayır. Düzdür həmişə hakimdən razı qalmaq olmaz. Bəzən qalib gələ bilməyəndə kimisə günahlandırır. Bu da seçki qurumu olur. Elə etməliyik ki, kimsə bizi əsaslı şəkildə haqlı ittiham edə bilməsin",- sədr müavini Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin qeydiyyatı prosesinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, iyulun 13-də namizədlərin qeydiyyatı üçün sənədlər təqdim olunacaq.
Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib. Prezident bir müddət öncə Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !