Dünyanın on iri smartfon istehsalçısının adı açıqlandı

17:03 | 30.06.2015
Dünyanın on iri smartfon istehsalçısının adı açıqlandı

Dünyanın on iri smartfon istehsalçısının adı açıqlandı

"IDC” analitik şirkəti 2015-ci ilin birinci rübünün yekunları üzrə dünyanın on iri smartfon istehsalçısının adını açıqlayıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət mobil qurğuların yığılmasını kənar istehsalçılara sifariş verənlərdən deyil, şəxsi zavodlara malik şirkətlərdən gedir.

İlk onluğa Tayvanın "Foxconn”, "Pegatron” və "Inventec, Çinin "Huaqin”, "Oppo”, "Coolpad” və "Wingtech”, Sinqapurun "Flextronics”, eləcə də Cənubi Koreyanın "Samsung” və "LG” şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda hansı yer tutması, həmçinin istehsal həcminin rəqəmləri barədə məlumat verilmir.

Bildirilir ki, "Foxconn” və "Pegatron” ilk onluğa "Apple” şirkəti ilə tərəfdaşlıq, "Inventec”in isə "Xiaomi” tərəfindən sifarişlər sayəsində düşüb. Bununla yanaşı, Tayvanın "Compal”, "Arima” və "Wistron” kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib.

Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM