NASA dünyaya bənzəyən planet tapdığını açıqlayıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, planet dünyadan 1400 işıq ili uzaqlığındakı ulduzda aşkar olunub.
NASA-nın Vaşinqtondakı mərkəzində keçirilən mətbuat konfransında bildirilib ki, Kepler-452b adı verilən planet 2009-cu ildə kosmosa göndərilən Kepler teleskopu ilə kəşf edilib.
NASA-nın əsas rəsmilərindən olan Con Qrunsfeld iclasda çıxışı zamanı deyib ki, insanların kainatdakı digər günəşlərin çevrəsində də planetlər olduğunu kəşf etməsinin 20-ci ildönümündə Kepler teleskopu eynilə Günəş və Dünyaya bənzəyən bir ulduzda planet tapıb: "Əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, kainatda ikinci Dünya tapmağa bir addım daha yaxınlaşmışıq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !