Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - RƏSMİ

12:43 | 26.01.2021
Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - RƏSMİ

Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - RƏSMİ

Vətən müharibəsi zamanı düşmən geri çəkilən zaman yollarda maneələr qurub, körpülərin bütün əsas hissələrini partladıb və bir çox yollarda dağıntılar törədib.

Anews.az "trend"ə istinadla xəbər verir ki, bunu Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.
Onun sözlərinə görə, bu maneələr mühəndis-istehkam bölmələrinin qruplarının vasitələri ilə təmizlənib:

"Ötən ilin 27 sentyabrından etibarən mühəndis istehkam bölmələrində maneə ləğv etmə qrupları yaradılaraq, bütün əks-hücum əməliyyatı həyata keçirən qoşunların, o cümlədən xüsusi təyinatlıların tərkibinə verilib və qoşunların maneəsiz hərəkəti təmin edilib”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti