"Dövlət aliment borclarını öz çiyinlərinə götürməlidir" - TƏKLİF

10:40 | 11.12.2019

"Dövlət aliment borclarını öz çiyinlərinə götürməlidir" - TƏKLİF

Son illərdə Azərbaycanda boşanmaların sayı artıb. Rəsmi statistikalarda olan göstəriciləri nəzərə alsaq, artım minləri əhatə edir və hər il durmadan genişlənir. Təbii ki, boşanmalarda sonradan ciddi fikir ayrılığına səbəb olur və müxtəlif problemlər yaradır. Bu problemlər övladın kiminlə qalması, evlilik müddətində əldə olunan mülklərin hansı formada bölüşdürülməsi ilə başlansa da, sonradan daha ciddi "Aliment” məsələləri ilə davam edir.

Son illərdə aliment ödəmədiyinə görə minlərlə insan haqqında məhkəmə qərarı çıxarılıb. Alimentdən boyun qaçıran atalar daha çox inzibti məsuliyyətə cəlb olunub, müvəqqəti həbs edilirlər.Sonradan yenidən məhkəmə qərarı icra edilmədikdə, onlar barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılır və daha uzun müddətli həbs edilirlər.


Bəs görəsən, bu həbslər problemin hansısa formada həll olunmasına yardım edirmi?

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Anews.az-a deyir ki, ümumiyyətlə aliment problemləri daha çox qisasçılıq hisslərindən yaranır.

Onun sözlərinə görə, bu da işgəncənin bir formasıdır və dəqiq desək, "İqtisadi zorakılıq”-dır.



"Bilirsiniz, təbbi ki, qanunvericliyin tələblərinin pozulmasına görə həbs verilməsi normaldır, amma bu da problemi tam həll etmir. Mən "Aliment fondu”-nun yaradılmasının tərəfdarıyam amma bu da ağır prosesdir. Elə ailə var 1 uşağı var, eləsi də  - 5 uşağı var. Bu böyük vəsait tələb edir və ciddi danışılmalıdır ki, kimlərə veriləcək, hansı formada veriləcək. Məsələn, ananın gəliri nə qədərdir, işi varmı? Düzdür bu pul uşağındır və bunun başqa kiməsə aidiyyatı yoxdur. Ancaq bir çox hallarda atalar sırf anaya olan qisasçılıq hissindən bunu etmir ki, mənim pulumla dolanmaq istəyirsiniz. Daha anlamır ki, pulu övladına verir. Ümumiyyətlə əsas məsələlərdən biri odur ki, uşağın adına hesab açılsın və pul ora köçrülsün. Uşaq ancaq 18 yaşına çatdıqda o pulu götürə bilsin. Digər tərəfdən Azərbaycanda qadınların sosial vəziyyəti ilə bağlı ciddi problemlər var. Onlar işləməlidirlər ki, uşaq böyüdə bilsinlər. Problemi qismən də olsa həll etmək üçün, sırf bu sahədə marifləndirici tədbirlər təşkil etmək və ciddi işlər görmək lazımdır”, - deyə Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir.

Millət vəkili Aydınn Mirzəzadə isə düşünür ki, dövlət bu işi öz üzərinə götürməlidir.

Onun sözlərinə görə, ümumiyyətlə, bu həbslər vaxt itkisidir.



"Adamların ya imkanları geniş olmur ya boşandıqdan sonra yenidən ailə həyatı qururlar və oradakı qayğılar da çoxalır, alimenti ödəyə bilmirlər, məhkəmə qərarı ilə 20-30 gün həbs olunurlar. 20-30 gün də daha itirirlər, hansı ki, çöldə olub nə isə edə bilərdilər bu müddətdə. Bundan başqa, ailələri başsız qalır bir müddət. Bir tərədfdən də alimentə ehtiyacı olan uşaqların alimenti ödənmir o bir neçə günlük həbslə.Ümumiyyətlə bu adamların həbs olunması çıxış yolu deyil və problemi heç bir formada həll etmir. Mənim fikrimcə, "Aliment fondu” yaradılmalıdır və dövlət sırf o uşaqlara görə bu yükü öz çiyinlərinə götürməlidir. Ata isə artıq pulu dövlətə ödəməlidir. Bu aşağı faizli ödəniş də ola bilər aşağı faizli kreditlər kimi. İşləməlidir və pulu aşağı faizlə dövlətə ödəməlidir, dövlət də bu müddət ərzində övladlarına çatacaq alimenti ödəməlidir. Yoxsa ki, bu adamları həbs etməklə problem heç bir formada həll olunmayacaq. Məncə, parlament yeni tərkibdə bu məsələni də müzakirə etməlidir”, - deyə millət vəkili Aydın Mirzəzadə bildirib.

Həzi

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb