Dövlət Bağçalı gedir, yerinə kim gəlir?

22:20 | 11.11.2015
Dövlət Bağçalı gedir, yerinə kim gəlir?

Dövlət Bağçalı gedir, yerinə kim gəlir?

 
1 noyabr seçkilərində ağır bir məğlubiyyətlə üzləşən və qurultay müzakirələrinin yaşandığı Milliyyətçi Hərəkat Partiyasında (MHP) lider Dövlət Bağçalı yerini əmanət edəcəyi şəxsi müəyyənləşdirib.

Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Bağçalının ağılından keçən şəxs özü kimi Osmaniyeli olan, 2012-ci ildən bu yana MHP-nın Mərkəzi Yönətim Kurulunun üzvü Ruhi Ərsoydur.

7 iyun seçkiləri ilə müqayisədə 1 noyabr seçkilərində ən çox səs itirən partiya olan və millət vəkili sayı baxımından Türkiyə Böyük Millət Məclisində 4-cü partiya vəziyyətinə düşən MHP-də ümumi rəhbərlik üçün bir çox ad keçir.  
Müxalifət Meral Akşener və Sinan Oğan ətrafında toplanarkən, Bağçalı ümumi başçılıq kreslosunu gözü arxada qalmayacaq bir ada əmanət etmək planları qurur.  

Məlumatda qeyd edilir ki, 15 ildən bəri girdiyi bütün seçkiləri itirən Bağçalının təşkilatın yenilənmə çağırışlarına müsbət yanaşdığı və partiyanı gənc bir şəxsə əmanət edəcəyi öyrənilib.

Özü kimi Osmaniyeli olan və Qazi Universitetinin Ədəbiyyat fakültəsində dərs deyən doktor Ruhi Ərsoy son seçkilərdə Bağçalının ardından Osmaniye millət vəkili olaraq da Məclisə düşüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM