"Hazırda Qarabağ ərazisində yaşayan erməni əhalinin Azərbaycan əhalisi ilə təması yoxdur”.
Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, nəzərə almaq lazımdır ki, orada indi Azərbaycan əhalisi yoxdur: "30 il ərzində olmayıb və hələ ora qayıtmayıb. Ermənistan əhalisi Rusiya sülhməramlılarının nəzarətindədir və oradan da heç yerə çıxmırlar, çıxa da bilmirlər, hər tərəfə minalar səpələnib.
Azərbaycan əhalisi azad olunan ərazilərə qayıtdıqdan sonra təbii ki, orada artıq təmaslar yaranacaq. Xankəndidə və digər yaşayış məntəqələrindəki insanlar üçün Azərbaycan olmadan normal yaşayış mümkün deyil”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !