Dövlət borcları sildi

19:12 | 07.01.2015
Dövlət borcları sildi

Dövlət borcları sildi

İstehsalçılara verilmiş toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.

Ötən məhsul ilində əlverişsiz təbii şəraitlə əlaqədar respublikanın bir sıra bölgələrində, əsasən də dəmyə şəraitində taxıl istehsalçıları məhsuldarlığın kəskin azalması, əkinlərin məhv olması problemi ilə üzləşmiş və nəticədə maddi zərərə məruz qalmışdılar.

Nazirlikdən bildirilib ki, toxum təminatı ilə bağlı yaranmış çətinliklərlə əlaqədar rayonlardan Nazirliyə daxil olmuş çoxsaylı müraciətlərin həlli məqsədilə bir sıra rayonlara növbəti ilin məhsul yığımında qaytarılması şərti ilə istehsalçıların "Azərtoxum” MMC tərəfindən taxıl məhsulları toxumu ilə təchiz edilməsi təmin olunub.

Daha sonra həmin istehsalçılara verilmiş toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM