Dövlət büdcəsindən əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat ayrılıb

12:27 | 24.05.2023
2022-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanmasına 977,4 milyon manat ayrılıb. Bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində bildirilib.
 
2018-ci ildə icra olunmuş səhiyyə xərclərinin çəkisi 2022-ci illə müqayisədə 2 dəfə artıb.
 
Bildirilir ki, səhiyyə xərclərinin 1122,6 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşüb, bu da 2021-ci illə müqayisədə 78 milyon manat çoxdur. Həmin vəsaitin 977,4 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 143,3 milyon manatı səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına və 1,9 milyon manatı Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının müalicə-diaqnostika avadanlıqlarının yenidən komplektləşdirilməsi ilə bağlı xərclərə yönəldilib.
 
2022-ci il Azərbaycan əhalisinin 47%-i icbari tibbi sığorta xidmətlərindən istifadə edib. Həmin dövr ərzində 4,5 milyon şəxsə xidmət göstərilib. 
 
2022-ci il İcbari Tibbi Sığorta agentliyinin müqavilə bağladığı özəl müəssisələrin sayı 20-dən 111-ə çatdırılıb. Hazırda qurum 122 tibb müəssisəsi ilə əməkdaşlıq edir. 

İcbari tibbi sığorta agentliyi 2021-ci ilin aprelindən fəaliyyətə başlayıb. Agetliyin  xidmətlər zərfinə 2550 sayda xidmət növü daxildir.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb