• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Dövlət büdcəsindən ipoteka kreditləri üçün əlavə 100 milyon manat ayrılacaq

Dövlət büdcəsindən ipoteka kreditləri üçün əlavə 100 milyon manat ayrılacaq
05.12.2024 13:08
2025-ci il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılaraq İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyona manata çatacaq. Bu sözləri millət vəkili Vüqar Bayramov deyib.
 
Deputat bildirib ki, bu vətəndaşların ipoteka kreditindən faydalanaraq mənzil almaq imkanının yaranması deməkdir

O bildirib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.


"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə edilir. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 8 faizlə 30 il müddətinə təklif olunur. Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda, güzəştli şərtlərlə kreditlər portfelini də genişləndirir. Deməli, bu, daha çox vətəndaşımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir", - o bildirib. 


İndiyədək fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol