Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar artıb

18:18 | 16.07.2024
Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar artıb

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar artıb

2024-cü ilin ilk 6 ayında Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar keçən ilin uyğun dövrü ilə müqayisədə 13,7% artaraq  10,5 milyard manat təşkil edib. Bu barədə Maliyyə Nazirliyi məlumat verib. 
 
Nazirliyin məlumatına görə qeyri neft sektorundan daxilolmalar bu ilin ilk  yarımilində proqnoz götəricilərindən 22,9% çox olub.
 
Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 53,3 % təşkil edib.

Qeyri neft sektoru üzrə  daxilolmaların 58,5 %-i və ya 5,9 milyard manatı Vergilər Nazirliyi, 32,4 %-i və  ya 3,3 milyard manatı  Dövlət Gömrük Komitəsi, 2,4 %-i və ya 241,5 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətləri,  2,4 %-i və ya 250 milyon manatı Azərbaycan Mərkəzi Bankının mənfəəti hesabına ödənilib.
 
Azərbaycan Dövlət Neft Fondundan transferlər bu ilin ik 6 ayında 6,4 milyard manat  və ya bedcə gəlirinin 33,9%-i təşkil edib.  
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM