Suriyanın prezidenti Bəşər Əsədin istefası İraq-Şam İslam Dövləti (İŞİD) ilə mübarizənin vacib hissəsidir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu bəyanatla ABŞ-ın Dövlət Departamenti çıxış edib.
"ABŞ Bəşər Əsəd rejiminin dəyişməsinə siyasi danışıqlar yolu ilə nail olunmasına tam sadiqdir. Bəşər Əsəd qəddarlığı və repressiyaları səbəbindən legitimliyini itirib. Onun gedişi həqiqi siyasi dəyişiklik prosesinin bir hissəsi ola bilər”, - ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Maykl Ratninin Moskvaya səfərinin yekunu ilə bağlı məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Əsədin gedişi regionda ekstremizmə qarşı mübarizənin vacib şərtidir: "ABŞ Suriya və İraqda İŞİD-ə qarşı aparılan beynəlxalq qüvvələrin mübarizəsinin başında durur.
Bizə məlumdur ki, Bəşər Əsədin hakimiyyətdə qalmasının davam etməsi regionda ekstremizmi daha da qızışdırır. Buna görə siyasi keçid prosesi təkcə Suriya xalqının xoşbəxtliyi üçün lazım deyil, bu həm də ekstremistlərə qarşı mübarizənin vacib hissəsidir”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !