Dövlət Departamenti Xədicə İsmayılla bağlı bəyanat yaydı - VİDEO

13:48 | 06.12.2014
Dövlət Departamenti Xədicə İsmayılla bağlı bəyanat yaydı - VİDEO

Dövlət Departamenti Xədicə İsmayılla bağlı bəyanat yaydı - VİDEO

ABŞ Dövlət Departamentinin sözçüsü ətraflı detallar gözlədiyini deyib

ABŞ Dövlət Departamenti Xədicə İsmayılın həbsinə münasibət bildirib. ANS TV-nin məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bu məsələ ilə tanış olduğunu və ətraflı detalları gözlədiyini deyib.

O Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyətinin fəallarına qoyulan məhdudiyyətlərdən narahat olduğunu qeyd edib.

X.İsmayılın həbsi barədə Səbail Rayon Məhkəməsində qərar çıxarılıb. Məhkəmə prokurorluğun təqdimatı əsasında X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti