ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda zorakılığın artmasıyla bağlı açıqlama yayıb. Departamentin sözçüsü John Kirby sentyabrın 10-da deyib:
"Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatıcılardan və digər ağır artilleriyadan istifadə etməsi, nəticədə dinc sakinlərin ölümü və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar almışıq. Münaqişənin kəskinləşməsindən dərin narahatlıq hissi keçiririk, dinc sakinləri hədəfə alan istənilən hərbi hərəkəti pisləyirik. Belə zorakılığa dərhal son qoymağa, gərginliyin azaldılmasına və dinc sakinlər arasında itkidən qətiyyətlə qaçılmasına çağırırıq”.
"Ermənistan və Azərbaycan prezidentlərinə ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxından işləyərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həlli üçün öhdəliklər götürdüklərini xatırladırıq,” John Kirby deyib.
Son günlər cəbhə xəttində gərginliyin artması, hər iki tərəfin irimiqyaslı təlimlərə başlaması hərbi əməliyyatların bərpası ehtimallarını gücləndirib. BU ehtimalları həm Ermənistan, həm də Azərbaycan tərəfindən müşahidəçilər səsləndirməkdədir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !