Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artıb

15:14 | 05.08.2024
Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar  artıb

Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artıb

 
2024-cü ilin ilk 7 ayında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 11,3% artaraq 17,8 milyon manat təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib

Daxilolmaların 3,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 14,5 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,45 % və 12,4 % çoxdur.

Hesabat dövründə yeni bağlanan icarə müqavilələrinin sayı 4,8% artaraq 1826  ədəd təşkil edib. 
 
İcarə müqavilələrinin 308-i qeyri-yaşayış sahələrinə, 1518-i isə torpaq sahələrinə aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri yaşayış sahələri ilə bağlı icarə müqavilələrinin sayı 19% azalıb,  torpaq sahələri ilə bağlananların sayı isə 11,4% çoxalıb.
 
N.Təbrizli
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti