2024-cü ilin yanvarında dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 15,3 milyon manat (9 milyon ABŞ dolları) təşkil edib.
"2024-cü ilin yanvar ayında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat (2023-cü ilin yanvar ayı ilə müqayisədə artım 1,3 dəfə) təşkil edib. Bundan başqa, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 3 milyon manat təşkil edib”, - deyə Xidmətdən bildirilib.
Hesabat ayında dövlət əmlakının özəlləşdirilməsi üzrə 4 hərrac keçirilmişdir. Hərraclarda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.
Həmçinin hesabat dövründə 201 icarə müqaviləsi, o cümlədən 46 qeyri-yaşayış sahəsinin, 155 torpaq sahəsinin icarəsi müqaviləsi bağlanıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !